Moskvadan NATO-ya yeni təklif: üç formatda razılaşma istəyir

Moskvadan NATO-ya yeni təklif: üç formatda razılaşma istəyir

Hazırda oxunan: Moskvadan NATO-ya yeni təklif: üç formatda razılaşma istəyir
647220
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya NATO-ya üzv olan ayrı-ayrı ölkələrə hücum etməmək barədə ikitərəfli paktlar imzalamağı təklif edib.

Bizim.Media xəbər verir ki, bu təkliflə Rusiya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli diplomatı Aleksey Drobinin Moskvada keçirilən təhlükəsizlik konfransında çıxış edib.

O, gələcək razılaşmalar üçün üç mümkün format təqdim edib.

Birinci format Rusiyanın Belarus və Şimali Koreya ilə mövcud əməkdaşlığına bənzər birgə müdafiə ittifaqının yaradılması və ya qarşılıqlı yardım haqqında ikitərəfli sazişlərin imzalanmasını nəzərdə tutur.
 

İkinci format hücum baş verəcəyi təqdirdə tərəflərin bir-birinin rəqiblərinə kömək etməməsi və daxili işlərə qarışmaması ilə bağlı siyasi razılaşmaları əhatə edir. Buna nümunə kimi Rusiyanın İranla imzaladığı saziş göstərilib.


Üçüncü format isə NATO-nun ayrı-ayrı üzv dövlətləri ilə hücum etməmək barədə ikitərəfli paktların bağlanmasını nəzərdə tutur. Bunun müqabilində həmin ölkələr Rusiyadan əlavə təhlükəsizlik zəmanətləri əldə edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO