Rusiya Avropanın danışıqlardakı statusunu tanımır - Medinskidən mesaj

Rusiya Avropanın danışıqlardakı statusunu tanımır - Medinskidən mesaj

Hazırda oxunan: Rusiya Avropanın danışıqlardakı statusunu tanımır - Medinskidən mesaj
647216
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Rusiya nümayəndə heyəti Əbu-Dabidə keçirilən danışıqlar zamanı Avropa İttifaqının nümayəndələri ilə əlaqə saxlamayıb”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi, danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi avropalı nümayəndələrin danışıqlarda hansı statusda iştirak etdiyini anlamır.
 

Medinski danışıqların təsdiqlənmiş üçtərəfli formatda aparıldığını vurğulayıb. O qeyd edib ki, Avropa ölkələri konkret sülh təşəbbüsləri irəli sürməyib, onların fəaliyyəti Ukraynanın maliyyələşdirilməsi və silahlandırılması ilə məhdudlaşır.


Medinski əlavə edib ki, Avropa ölkələrinin nümayəndələri ABŞ elçilərindən sağlam düşüncə, realizm və sülhə nail olmaq istəyini öyrənməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO