Gülben Ergenin Azərbaycanla bağlı arzusu

Gülben Ergenin Azərbaycanla bağlı arzusu

Hazırda oxunan: Gülben Ergenin Azərbaycanla bağlı arzusu
647253
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyəli müğənni Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istədiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə Bakı Konqres Mərkəzində keçirilən konserti zamanı jurnalistlərə müsahibəsində bildirib. 

O, “Çocuklar Gülsün Diye” adlı uşaq bağçasını Azərbaycanda da açmağı arzuladığını etiraf edib:
 

“Bir gün “Uşaqlar gülsün deyə” uşaq bağçasını Azərbaycanda açaram, inşallah. Nə gözəl olar! Bunun üçün Türkiyə və Azərbaycan təhsil nazirlikləri birgə protokol imzalayıb mənə icazə verməlidirlər. Mən uşaqları o qədər sevirəm ki, onların gülməsi üçün dünyanın hər bir yerinə gedərəm”.


Qeyd edək ki, Gülben Ergenin qurucusu və rəhbəri olduğu “Çocuklar Gülsün Diye” dərnəyi indiyədək Türkiyədə 60 uşaq bağçası açıb. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO