Şahmatçımız fenomenal nəticə ilə Avropa çempionu oldu - Foto

Şahmatçımız fenomenal nəticə ilə Avropa çempionu oldu - Foto

Hazırda oxunan: Şahmatçımız fenomenal nəticə ilə Avropa çempionu oldu - Foto
647236
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində təşkil olunan 8-18 yaşadək yeniyetmələr arasında Avropa çempionatında VIII turun partiyaları keçirilib.

Bizim.Media xəbər verir ki, 18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova hesabat turunda Polşa şahmatçısı Klara Şzotkanı məğlub etməklə fenomenal nəticə göstərib. 
 

Bu, Abdinovanın qitə çempionatında ardıcıl 8-ci qələbəsi olub. Bütün görüşlərini qələbə ilə başa vuran Nərmin Abdinova sabah baş tutacaq IX turun nəticəsindən asılı olmayaraq Avropa çempionu titulunu qazanıb.


Qeyd edək ki, Avropa çempionatında U-18 kateqoriyasında sonuncu qızıl medalı 2014-cü ildə Batumidə Ülviyyə Fətəliyeva qazanıb.

Avropa çempionatına sabah yekun vurulacaq.

Şahmatçımız fenomenal nəticə ilə Avropa çempionu oldu - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO