Yeni təyin olunan hakim şəhid qardaşıdır

Yeni təyin olunan hakim şəhid qardaşıdır

Hazırda oxunan: Yeni təyin olunan hakim şəhid qardaşıdır
641458
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə birinci instansiya məhkəmələrinə hakimlər təyin olunub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, onların arasında Vətən müharibəsi şəhidi Yüksəl Əlizadənin qardaşı Əli Əlizadə də var. O, Şəmkir Rayon Məhkəməsinin hakimi təyin edilib.

 

Qeyd edək ki, şəhid Yüksəl Əlizadə də hüquqşünas olub, Gəncə İnzibati-İqtisad məhkəməsində, Gəncə Şəhər Prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib.


Onların atası mərhum İlqar Əliyev də sabiq prokurorluq əməkdaşı olub.

Y.Əlizadə 9 noyabr 2020-ci ildə Xocavənd ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Noyabrın 20-si Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO