SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

Hazırda oxunan: SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

641360

Oktyabr 15-dən Bakıda keçiriləcək beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə nəqliyyat vasitələrinin hərəkətinin təlimi həyata keçiriləcək.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təlim çərçivəsində oktyabrın 11-də saat 08:00–13:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq.

"Təlim Mehdi Hüseyn küçəsi, İstiqlaliyyət küçəsi, Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, Üzeyir Hacıbəyli küçəsi, İzzəddin Həsənoğlu küçəsi, Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti, Gülarə Qədirbəyova küçəsi və Niyazi küçəsi istiqamətlərini əhatə edəcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından qeyd olunan tarixdə səfərlərini əvvəlcədən planlaşdırmaları, mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur", məlumatda qeyd olunub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO