Könül Qasımovanın həbs müddəti UZADILDI

Könül Qasımovanın həbs müddəti UZADILDI

Hazırda oxunan: Könül Qasımovanın həbs müddəti UZADILDI
641358
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sevgi evi” Qadın və uşaq sığınacağının sahibi Könül Qasımova barəsində qərar verilib.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimata Xətai Rayon Məhkəməsində baxılıb.

Qərara əsasən, həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Könül Qasımova iyul ayında həbs olunub. Ona Cinayət Məcəlləsinin 133.2.1-ci (iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə), 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə), 133.2.4-cü ( təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 133.2.6-cı (işgəncə verməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. 

O, 3 il öncə Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə ittiham edilərək, Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Himayəsində azyaşlı övladı olması səbəbindən qanunvericiliyə uyğun olaraq, uşaq 14 yaşına çatana qədər cəzanın çəkilməsi təxirə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO