Dəmiryolçular iməcilik keçirdilər – FOTO

Dəmiryolçular iməcilik keçirdilər – FOTO

Hazırda oxunan: Dəmiryolçular iməcilik keçirdilər – FOTO
641338
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

13 oktyabr - Azərbaycan dəmiryolçularının peşə bayramı ilə əlaqədar Azərbaycan Dəmir Yolları (ADY) və "KPMG Azərbaycan" şirkətinin əməkdaşlarının iştirakı ilə iməcilik keçirilib.

Bizim.Media xəbər verir ki Oktyabrın 9-da Lökbatan sahəsində "Yollarımız dəmir, izlərimiz təmiz" şüarı altında təşkil olunmuş iməcilikdə zəruri sanitar ləvazimatlarla təchiz edilmiş iştirakçılar tərəfindən dəmir yolu xətləri üzərinə atılmış və hərəkətin təhlükəsizliyinə risk yaradan məişət tullantıları, o cümlədən plastik və polietilen tullantılar təmizlənib, eyni zamanda, abadlıq işləri görülüb.

Toplanan tullantılar aidiyyəti üzrə təhvil verilib.
 

ADY və "KPMG Azərbaycan"ın 100 nəfərdən çox əməkdaşının iştirak etdiyi tədbirin əsas məqsədi ADY-nin ekoloji məsuliyyəti çərçivəsində ətraf mühitin mühafizəsini gücləndirmək, əməkdaşlar arasında ekoloji maarifləndirməni artırmaq və dəmir yollarının təmizliyini qorumaqdır.


ADY bu cür iməcilikləri keçirməklə həm dəmir yolları ətrafında yerləşən icmaların sağlamlıq və gigiyenik şəraitinin yaxşılaşmasına, həm də ekoloji mühitin qorunmasına töhfə verir.

Dəmiryolçular iməcilik keçirdilər – FOTO - foto 1
Dəmiryolçular iməcilik keçirdilər – FOTO - foto 2
Dəmiryolçular iməcilik keçirdilər – FOTO - foto 3
Dəmiryolçular iməcilik keçirdilər – FOTO - foto 4
Dəmiryolçular iməcilik keçirdilər – FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO