Sürücülərin NƏZƏRİNƏ: Bu gün saat 15:00-dan... - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bu gün saat 15:00-dan... - FOTO

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bu gün saat 15:00-dan... - FOTO

641074

Binəqədi rayonunda təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bizim.Media-ya bildirilib ki, bu gün saat 15:00-dan etibarən Qara Qarayev küçəsinin Şota Rustaveli küçəsi ilə kəsişməsindən Osman Mustafayev küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.

Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO