Sürücülərin NƏZƏRİNƏ: Bu yol təmirə bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bu yol təmirə bağlanır

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bu yol təmirə bağlanır

640993

Bakının Sabunçu rayonunda yol təmiri ilə əlaqədar sürücülər üçün məhdudiyyət tətbiq olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
 

Qeyd olunub ki, oktyabrın 8-i saat 20:00-dan etibarən Sabunçu rayonunda Yeni Ramana küçəsinin Asif Əsədullayev küçəsi ilə kəsişməsindən Yeni Suraxanı dairəsinədək olan hissəsində təmir işləri aparılacaq.


Təmir işləri ilə əlaqədar sözügedən yol hissəsində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən yolda sıxlıq yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO