Şəhidimizin adını daşıyan gəminin vurulma anı – VİDEO

Şəhidimizin adını daşıyan gəminin vurulma anı – VİDEO

Hazırda oxunan: Şəhidimizin adını daşıyan gəminin vurulma anı – VİDEO

640894

Qara dənizin Rumıniya sahillərində “Royad Məmmədov” adlı yük gəmisinin dronla vurulmasının görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, oktyabrın 5-də baş verən hücum nəticəsində gəminin kapitanı, ehtiyatda olan polkovnik Rüstəm Həsənov həlak olub.

Gəmidə olan 24 yaşlı Məhəmməd Süleymanzadə isə itkin düşüb. Hazırda onun axtarışları davam etdirilir.
 

Rüstəm Həsənov uzun müddət Azərbaycan Hərbi Dəniz Qüvvələrində xidmət edib və polkovnik rütbəsinədək yüksəlib. Ordudan təxris edildikdən sonra mülki sahədə fəaliyyət göstərən Həsənov “Palmali” şirkətində gəmi kapitanı kimi çalışıb.


Gəmidə olan digər Azərbaycan vətəndaşları xilas edilib. Onlardan üçü müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar arasında Masallı rayonunun Digah kənd sakini Coşqun Məmmədəliyev də var.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski gəminin neytral sularda Rusiyanın dron hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, qarğıdalı daşıyan mülki gəmi Türkiyə operatoruna məxsus olub və göyərtəsində Azərbaycan və Hindistan vətəndaşları olub.

Hadisə zamanı gəmidə olan 13 nəfərdən 11-i xilas edilib.

Məlumat üçün bildirək ki, gəmiyə adı verilən Röyad Məmmədov 44 günlük Vətən müharibəsində Şuşa uğrunda döyüşlərdə şəhid olub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO