9 ayda DSMF-nin xərcləri 561 milyon manat artıb

9 ayda DSMF-nin xərcləri 561 milyon manat artıb

Hazırda oxunan: 9 ayda DSMF-nin xərcləri 561 milyon manat artıb

640884

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-sentyabr aylarında proqnozla müqayisədə 5 faiz və ya 279 milyon manat çox olmaqla 6 milyard 370 milyon manat təşkil edib.

ƏƏSMN-dən Bizim.Media-ya verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 280 milyon manat artaraq 5 milyard 73 milyon manat olub.

Qeyd edilib ki, cari ilin 9 ayında DSMF-nin xərcləri isə 6 milyard 189 milyon manat təşkil edib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 561 milyon manat çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO