Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Qiymətlərin ən ucuz olduğu ərazilər AÇIQLANDI – SİYAHI

Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Qiymətlərin ən ucuz olduğu ərazilər AÇIQLANDI – SİYAHI

Hazırda oxunan: Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Qiymətlərin ən ucuz olduğu ərazilər AÇIQLANDI – SİYAHI

640752

“Ən ucuz mənzillər bir əsasən Pirallahı, Qaradağ, Xəzər və Suraxanı rayonlarındadır. Nəzərə alaq ki, bu rayonlar iqtisadi inkişaf, məşğulluq və mərkəzə yaxınlıq cəhətdən digər paytaxt rayonlarından geri qalır”.

Bu sözləri Bizim.Media-ya mənzil bazarındakı qiymətlərdən danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

O, əlavə edib ki, mənzil bazaraında qiymətləri müəyyənləşdirən əsas amil kommunikasiyaya rahat çıxış, mərkəzə yaxınlıq və digər faktorlardır:

“AQC-nin apardığı təhlillərə görə Pirallahıda bir kvadratmetr mənzilin maksimum qiyməti 1758, orta qiymət 1452, minimum qiymətsə 1023 manatdır. Xəzər rayonunda müvafiq olaraq qiymətlər 2358, 1628 və 1051 manatdır. Suraxanı rayonunda bir kavadratmetr mənzilin maksimum qiyməti 2418, orta qiymət 1996, minimum qiymətsə 1425 manatdır. Qaradağ rayonunda isə müvafiq olaraq 2430, 2028 və 1266 manatdır. Ümumilikdə isə ən ucuz mənzillər sıralamasında ilk üçlüyü Pirallahı, Xəzər və Qaradağ rayonları tutur.Təsadüfi deyil ki, bu rayonlardakı mənzillərin qiyməti paytaxtın digər rayonlarındakı mənzillərdən xeyli ucuzdur.

Orta seqmentə gəldikdə isə Nizami və Sabunçu rayonlarıdır.

Ən bahalı mənzillər isə Səbayil, Yasamal, Nəsimi, Xətai, Nərimanov və Binəqədi rayonlarındadır. Bu rayonlarda metroya yaxınlıq, iş yerlərinin çoxluğu qiymətləri xüsusilə baha edir. Maraqlıdır ki, mərkəzi rayonlarda yeni binaların hansı MTK  tərəfindən inşa edilməsi də qiymətlərə təsir edən faktordur. Əslində, yeni tikililər də iki kateqoriyaya bölünür. Məsələn 2000-ci illərdə tikilən binalarda mənzil 2018-ci ildən sonra inşa edilən MTK-dan daha ucuzdur.

Təbii ki, mənzilin təmir vəziyyəti, çıxarışının olub-olmaması da qiymətlərə təsir edir. Eyni zamanda məktəbə, səhiyyə ocağına, parklara yaxınlığı da mənzillərin qiymətində dəyişiklik yaradır”.

Bəs, mərkəzi rayonlarda ən ucuz mənzil hansı rayondadır?

Müsahibimiz qeyd edib ki, mərkəzi rayonlar arasında ən ucuz mənzillər Xətai rayonundadır:

“Xətai rayonun ərazisi çox böyükdür. Ona görə də Əhmədli, Həzi Aslanov istiqamətlərində minimum qiymət bir kv.metrə görə 1781 manatdır. Yasamalda minimum qiymət 2675 manat, Sabunçuda 2240 manat və Səbaeldə 2162 manatdır. Bəzi hallarda daha ucuz mənzillər də tapmaq mümkündür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO