Şəxs korrupsiya ilə bağlı məlumat verdiyinə görə öldürülərsə... – Ailəsi 20 min manat ALACAQ

Şəxs korrupsiya ilə bağlı məlumat verdiyinə görə öldürülərsə... – Ailəsi 20 min manat ALACAQ

Hazırda oxunan: Şəxs korrupsiya ilə bağlı məlumat verdiyinə görə öldürülərsə... – Ailəsi 20 min manat ALACAQ

640702

Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin və onların yaxınlarının sosial müdafiəsi ilə bağlı yeni mexanizmlər yaradılır.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində əks olunub.

Qanun layihəsinə əsasən, məlumat verən şəxs, onun yaxın qohumu və ya qohumu korrupsiya ilə bağlı məlumat verməsi ilə əlaqədar həlak olarsa, onun ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək. Müavinətin məlumat verən şəxsin əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslarla işləri və ya xidmətləri yerinə yetirdiyi təşkilatın büdcəsi hesabına ödənilməsi nəzərdə tutulur. Büdcə təşkilatlarına münasibətdə isə ödəniş həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına həyata keçiriləcək.

Layihədə bədən xəsarəti alan şəxslərlə bağlı da xüsusi təminat müəyyən edilir. Belə ki, məlumat verən şəxs, onun yaxın qohumu və ya qohumu korrupsiya ilə əlaqədar məlumat verməsi səbəbindən bədən xəsarəti alarsa, 10 min manat məbləğində birdəfəlik müavinət ödənilməsi təklif olunur.

Bununla yanaşı, məlumat verən şəxsin korrupsiya ilə bağlı məlumat verməsi nəticəsində əmlakına dəymiş ziyanın da qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilməsi nəzərdə tutulur.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO