İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

Hazırda oxunan: İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

640499

"Bu ilin sonuna qədər Ağdam rayonunun ümumi əhalisinin sayının 21 minə çatacağı gözlənilir".

Bizim.Media xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Aqrar Biznes Festivalı" çərçivəsində təşkil edilən "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi zamanı deyib.

O bildirib ki, bu gün Ağdam şəhərində 3 000-dən çox insan yaşayır:

"Ümumilikdə isə Ağdam rayonunda 8 000-dən çox insan məskunlaşıb. Ağdam şəhəri və ətrafındakı üç kənd də buna daxildir. Bu proses daha da genişlənəcək. Məskunlaşma prosesi nəticəsində bu ilin sonuna qədər Ağdam rayonunda ümumi əhalinin sayının 21 minə çatacağı gözlənilir. Bu, qarşıdakı illərdə də davam edəcək bir prosesdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO