Faktiki hava: Bu ərazilərə qar yağıb

Faktiki hava: Bu ərazilərə qar yağıb

Hazırda oxunan: Faktiki hava: Bu ərazilərə qar yağıb
640314
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 4-ü saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Yağıntılar ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv və güclü olub.

Bizim.Media xəbər verir ki, dağlıq ərazilərə - Qrız, Xınalıq, Şahdağ, Qusar və Şahbuz rayonunun yüksəkliklərinə isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Qrızda 10, Xınalıqda 5, Şahdağda 2, Qusarda 1 sm-dir.

Qeydə alınan yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında:

Maştağada 37 (aylıq normanın 93%-i), Binədə 21 (aylıq normanın 75%-i), Bakıda 16 (aylıq normanın 57%-i), Sumqayıtda 5 mm-dir.

Respublikanın rayonlarında ən çox düşən yağıntının miqdarı:

Kişçayda (Şəki) 55 (aylıq normanın 64%-i), Qəbələdə 51 (aylıq normanın 40%-i), Sarıbaşda (Qax) 45 (aylıq normanın 36%-i), Oğuzda 45 (aylıq normanın 45%-i), Göyçayda 41 (aylıq normanın 76%-i), Astarada 30, Kürdəmirdə 26 (aylıq normanın 56%-i), İsmayıllıda 24 (aylıq normanın 32%-i), Şamaxıda 23 (aylıq normanın 30%-i), Xızıda 22 (aylıq normanın 39%-i), Yardımlıda 20, Lənkəranda 18, Gədəbəydə 17 (aylıq normanın 30%-i), Qobustanda 17 (aylıq normanın 36%-i), Lerikdə 16, Xaltanda 15 (aylıq normanın 31%-i), Sabirabadda 15 (aylıq normanın 36%-i), Göygöl, Qusarda 15, Neftçalada 14 (aylıq normanın 31%-i), Daşkəsəndə 14, Zərdabda 13 (aylıq normanın 34%-i), Mingəçevirdə 12 (aylıq normanın 30%-i), Naftalan, İmişlidə 11, Tərtər, Beyləqanda 10, digər rayonlarda isə 1-9 mm qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO