Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Hazırda oxunan: Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

640255

Ağdaşda 5 otaqlı ev yanıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Ağdaş rayon Güvəkənd kəndində, 1970-ci il təvəllüdlü Baxışov Zülfüqar Zilhar oğluna məxsus fərdi yaşayış evində baş verib.
 

Yanğın yerinə Ağdaş rayon DYMH nin yanğınsöndürənləri cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 169 k/m metr olan 5 otaqlı fərdi yaşayış evinin 127 k/m sahəsi yanıb.


Hadisə zamanı ev sahibinin gəlini 1999-cu il təvəllüdlü Baxışova Şərifəxanım Maksud qızı və onun iki az yaşlı övladları 2022-ci il təvəllüdlü Baxışov Murad Şahmurad oğlu və 2024-cü il təvəllüdlü Baxışov Zülfüqar Şahmurad oğlu üz, bədən nahiyyələrindən yanıq xəsarətləri alıblar.

Yanğının səbəbi araşdırılır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO