İşdən çıxan müəllimin etirazına məktəbdən - Cavab

İşdən çıxan müəllimin etirazına məktəbdən - Cavab

Hazırda oxunan: İşdən çıxan müəllimin etirazına məktəbdən - Cavab

640146

Bakının Xətai rayonundakı Zakir Əhmədov adına 64 nömrəli tam orta məktəbinin müəllimi Aytəkin İmanova öz istəyi ilə işdən çıxıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşan 20 illik pedaqoji fəaliyyəti olan müəllim bunu sertifikasiya imtahanlarından və maaş azlığından narazı olduğu üçün etdiyini bildirib.

Məsələ ilə bağlı 64 nömrəli məktəbdən “Azərbaycan müəllimi” qəzetinə bildirilib ki, İmanova Aytəkin Murad qızı 25 oktyabr 2006-cı ildən 11 sentyabr 2026-cı ilədək 11 nömrəli tam orta ümumtəhsil məktəbində biologiya müəllimi vəzifəsində çalışıb:

“İşlədiyi müddət ərzində dəfələrlə ailə vəziyyətinə görə öz hesabına məzuniyyətə çıxıb və 6 saatdan artıq dərs tədris edib. Dərs yükünü az götürməsini isə öz maraq dairəsinə uyğun başqa peşələrə, kurslara və təlimlərə getməsi ilə əlaqələndirib.

10 sentyabr 2026-cı ildə məktəbə gələrək öz xahişi ilə ərizə yazıb və 11 sentyabr 2026-cı ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 (2A) maddəsinə əsasən işdən azad edilib.

Məlum olduğu kimi, bu gün müəllimin əməkhaqqı tədris etdiyi dərs saatlarının miqdarından asılı olaraq dəyişir. Əgər müəllim az dərs saatı verilməsini istəyibsə, o zaman alacağı əməkhaqqının aşağı olacağı barədə məlumatlı olmalıdır.

Bundan başqa, bu gün kifayət qədər müəllim məktəbdəki fəaliyyəti ilə yanaşı, digər təhsil fəaliyyəti ilə də məşğul olmaq hüququna malikdir və buna Əmək Qanunvericiliyinin tələbləri çərçivəsində Aytəkin İmanovanın da fəaliyyətinə hər hansı məhdudiyyət qoyulmayıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO