2026-cı ildə evdə sosial xidmət alan tənha ahılların sayı açıqlanıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən 3010 vətəndaş evdə (səyyar) sosial xidmətə cəlb olunub.
"Onların 2792 nəfəri ahıl şəxslərdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq imtiyazlı kateqoriyalardan olan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilir. Bu xidmətdən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlar və əlilliyi olan şəxslər yararlana bilərlər.
Bu xidmət Bakı şəhəri, Abşeron rayonu və Qarabağ iqtisadi rayonu istisna olmaqla, Respublikanın digər şəhər və rayonları üzrə Sosial Xidmətlər Agentliyi tərəfindən göstərilir. Bakı şəhəri, Abşeron və Qarabağ iqtisadi rayonunda isə DOST mərkəzləri vasitəsilə həyata keçirilir.
Sosial xidmətçilər vətəndaşların evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili istiqamətində köməklik göstərirlər".
Qeyd edək ki, bu il evdə sosial xidmət alan tənha ahılların sayı ötən illə müqayisədə 180 nəfər azalıb.
Belə ki, ötən ilin eyni dövründə isə 2972 ahıla müvafiq xidmət göstərilib.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:00 / 02.10.2026
Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ
Hazırda oxunan: Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ
Hazırda oxunan: Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ
640009
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































