Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Hazırda oxunan: Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

640006

Sabirabad rayonunda Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun 10-cu kilometrindən başlanğıcını götürən Sabirabad avtomobil yolunda əsaslı təmir işləri davam etdirilir.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Ümumi uzunluğu 40,9 km olan avtomobil yolunun əsaslı təmiri çərçivəsində yol yatağının və əsasının yenidən qurulması, yeni asfalt-beton örtüyünün salınması, suötürücü qurğuların quraşdırılması və digər zəruri tikinti işləri həyata keçirilir.
 

İndiyədək yolun 10–20,2-ci və 37,6–40,9-cu kilometr hissələrində, ümumilikdə 13,5 km uzunluğunda sahədə torpaq işləri, yol əsasının alt və üst laylarının, həmçinin asfalt-beton örtüyünün alt layının tikintisi başa çatdırılıb.


Hazırda sözügedən hissələrdə asfalt-beton örtüyünün üst layının salınması üçün hazırlıq işləri görülür.

Layihə çərçivəsində yolun müxtəlif hissələrində ümumi uzunluğu 138 metr olan suötürücü borular da quraşdırılıb.

Avtomobil yolunda əsaslı təmir işləri layihə üzrə nəzərdə tutulmuş ardıcıllığa uyğun olaraq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO