Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Hazırda oxunan: Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı
639913
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib.
 

Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdən biri ehtiyatsızlıq edib və həmin məhlulu əli ilə təmizləmək istəyib. O, məhlulu təmizləyərkən məhlulun iyindən gözləri göynəyib və əli ilə səhvən gözünü silib.


Nəticədə şagirdin gözünə məhlul düşüb. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra uşaq valideynləri tərəfindən Bakıya gətirilib.

Məlumata görə, azyaşlı Masallı rayonunda babasının himayəsində qalırmış. Hadisədən sonra onun Bakıda işləyən valideynləri rayona gələrək uşağı Bakıya gətiriblər. Şagird Bakıda tibbi müayinədən keçiriləndən sonra evə buraxılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd edilən faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO