
- A-
- A
- A+
Yaşar Gülər Azərbaycandan dünyaya VACİB MESAJ VERDİ: Müharibəyə hazır olmaq lazımdır
Sülh və əmin-amanlıq istənilirsə, müharibəyə hazır olmaq lazımdır.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanda Azərbaycanın Xocavənd rayonunda keçirilən "Birliyin Gücü - 2026" birgə hərbi təlimində deyib.
O bildirib ki, Azərbaycan, Türkiyə və Özbəkistandan olan hərbi qulluqçuların təlimi uğurla başa çatıb:
"Təlimdə iştirak edən qardaşlarımı təbrik edirəm. İnanıram ki, bundan sonra digər qardaşlarımızın da – qırğızların, qazaxların da aramıza qoşulması ilə daha böyük təlimləri birlikdə planlaşdıraraq uğurla həyata keçirəcəyik. Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq. Bütün bunlara görə də biz bölgəmizdəki vəziyyətləri nəzərə alaraq hazırlığımızı ən yaxşı şəkildə təmin edib sülh içində yaşayacağıq". (Report.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































