Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü - TƏFƏRRÜAT

Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü - TƏFƏRRÜAT

Hazırda oxunan: Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü - TƏFƏRRÜAT
639325
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bərdə rayonunda restoranda dava olub.

Bizim.Media xəbər verir ki, hadisə rayon ərazisindəki "Qızıl balıq" restoranında baş verib.

Restoranda müğənni kimi fəaliyyət göstərən Yeganə adlı xanım Yalçın adlı şəxslə sevgi münasibətində olub. Yalçın Yeganəyə görə restorana gəlib və onunla maraqlanıb.
 

Bir müddət əvvəl Yalçın yenidən restorana gəlib və Yeganənin müştərilər üçün oxuduğunu görərək ona irad bildirib. Yalçının restoranda səs-küy yaratdığını görən administrator Rafil Əhmədov (soyad şərtidir - red.) ona yaxınlaşaraq müştəriləri narahat etməməsini tapşırıb.


Yalçın yenidən səs-küy salaraq restoranın iş rejiminə mane olub. Rafil Yalçını restorandan çıxararaq qovub.

Hadisədən iki gün sonra Yalçın yenidən restorana gələrək Rafil ilə mübahisə edib. Nəticədə dava düşüb və Rafil baş zərbəsi ilə Yalçının burnunu sındırıb.

Hadisə yerinə polis əməkdaşları gəlib, Rafil saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə R.Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO