Zaqatalada yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər

Zaqatalada yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər

Hazırda oxunan: Zaqatalada yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər

639317

Şəki Ağır Cinayətlər Məhkəməsində tanışlarını döyərək öldürməkdə təqsirləndirilən Hafiz Hacıyev və Rasim Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə H.Hacıyev 10 il 6 ay, R.Abbasov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, hadisə ötən il oktyabrın 28-də Zaqatala rayonunun Yuxarı Tala kəndində baş verib. Kənd sakinləri - Hafiz Hacıyev, İskəndər Musayev və Rasim Abbasov kənd ərazisindəki "Görüş" kafesində yeyib-içiblər.

Məclisdə dostlar arasında mübahisə yaranıb və dava başlayıb. Dava zamanı H.Hacıyev və R.Abbasov İskəndər Musayevi döyüblər. Hadisə nəticəsində xəsarətlərlə xəstəxanaya yerləşdirilən İ.Musayev bir həftə sonra xəstəxanada ölüb. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO