Lənkəranda bir həyətdə 3-vü dəfə yanğın oldu – FOTO

Lənkəranda bir həyətdə 3-vü dəfə yanğın oldu – FOTO

Hazırda oxunan: Lənkəranda bir həyətdə 3-vü dəfə yanğın oldu – FOTO

639114

Lənkəran rayonunun Şağlaser kəndində Elçin Əliyevə məxsus həyətdə növbəti yanğın hadisəsi qeydə alınıb. Məlumata görə, bu, həmin həyətdə baş verən üçüncü yanğındır.

Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Həyətdə yerləşən tövlədə yanğın başlayıb. Ev sahibinin bildirdiyinə görə, tövlədə təxminən 7000 bağlama ot, eləcə də toyuq, cücə və ördəklər olub.

Elçin Əliyev hadisə ilə bağlı bildirib ki, bundan əvvəl də evində yanğın baş verib:

“Bir dəfə evimi yandırdılar, indi də ikinci dəfə tövləmi yandırıblar. Kim nə üçün edir, bilmirəm”.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb edilib.

Yanğının yayılmasının qarşısı alınıb və alov nəzarətə götürülüb. Yanğının tam söndürülməsi, həmçinin yaxınlıqdakı tikililərin qorunması üçün tədbirlər görülüb.

Hadisənin başvermə səbəbləri araşdırılır. Yanğının qəsdən törədilib-törədilmədiyi ilə bağlı da araşdırma aparılır.



Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO