Şəhid anasından təsirli sözlər:

Şəhid anasından təsirli sözlər: "Mən hələ də inanıram ki, balam gələcək" - VİDEO

Hazırda oxunan: Şəhid anasından təsirli sözlər: "Mən hələ də inanıram ki, balam gələcək" - VİDEO
639099
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Mən hələ də inanıram ki, balam gələcək".

Bizim.Media "Xəzər" TV-yə istinadən xəbər verir ki, bu sözləri şəhid anası Validə Bağırova deyib.

2020-ci il Vətən müharibəsində şəhid olan Elçin Bağırovun anası Validə xanım oğlunun xatirələri ilə yaşayır. O, yeganə övladının müharibədən qəhrəman kimi qayıdacağına inandığını və hələ də onun yolunu gözlədiyini deyir.

Validə xanım bildirib ki, həyat yoldaşını da üç il əvvəl itirib:

"Yaxşıdır ki, onu özüm yola saldım. O, mənsiz dəli olardı. Bir başqa idi. Mən dözürəm".

Elçin Bağırov Cəbrayıl, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib və 21 oktyabr 2020-ci ildə şəhid olub.

O, Prezident İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsindəki xidmətlərinə görə, o cümlədən Xocavəndin azad olunmasına görə medallarla təltif edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO