27 Sentyabr - Anım Günü Qusar rayonunda da təntənəli şəkildə qeyd olunub.
Bizim.Media xəbər verir ki, səhər saatlarından yüzlərlə qusarlı Qusar Şəhidlər Xiyabanına axışıb.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının, ayrı-ayrı idarə, təşkilat və müəssisələrin rəhbərləri, qazilər, şəhid ailələri və sakinlər Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları və şəhid guşələri önünə tər güllər düzüb, ruhlarını hörmətlə anıblar.
Rayon rəhbəri şəhid valideynlərinə başsağlığı verərək onların Vətənin, Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını fəda etdiklərini bildirib. O qeyd edib ki, şəhidlərin əziz xatirəsi həm xalq, həm də dövlət səviyyəsində hər zaman böyük hörmət və ehtiramla anılacaq.
Saat 12:00-da respublikanın hər yerində olduğu kimi, Qusarda da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon rəsmiləri və digər iştirakçılar Qusar şəhərindəki Bayraq meydanında şəhidlərin xatirəsinə ağac əkiblər.



















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

























































































