Amil Mustafayevin qəhrəmanlıq hekayəsi: "Bunlar mənim canavarlarımdır" - VİDEO

Amil Mustafayevin qəhrəmanlıq hekayəsi: "Bunlar mənim canavarlarımdır" - VİDEO

Hazırda oxunan: Amil Mustafayevin qəhrəmanlıq hekayəsi: "Bunlar mənim canavarlarımdır" - VİDEO

638950

Amil Mustafayev üçün Vətənin müdafiəsi həyatının müxtəlif mərhələlərində keçdiyi döyüş yolları ilə bağlıdır. O, Aprel döyüşlərində iştirak etməklə başlayan hərbi yolunu sonrakı illərdə də davam etdirib. Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə qazandığı təcrübə onun həyatında xüsusi iz buraxıb.

Bizim.Media Baku TV-ə istinadla xəbər verir ki, 2020-ci ildə başlayan Vətən müharibəsi isə Amil Mustafayevin döyüş yolunun ən mühüm mərhələlərindən biri olub.

O, Murovdağ, Cəbrayıl, Xocavənd və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Əks-hücum əməliyyatlarının iştirakçısı olan Amil Mustafayev torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşüb.

O, döyüş anları barədə Baku TV-yə danışıb.

"Murovdağ istiqamətində müəyyən yüksəklikləri nəzarətə götürdükdən sonra düşmən əsas qüvvələrini həmin tərəfə cəmləşdirdi. Biz isə "Aypara" taktikasından istifadə edərək Füzuli-Cəbrayıl istiqamətinə yönəldik. Cəbrayıl azad olunan kimi atama zəng edib "ata, Cəbrayıl azad olundu və bunda sənin oğlunun da payı var" dedim", - A.Mustafayev bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO