Məşhur həkim qeyri-etik paylaşıma görə ÜZR İSTƏDİ

Məşhur həkim qeyri-etik paylaşıma görə ÜZR İSTƏDİ

Hazırda oxunan: Məşhur həkim qeyri-etik paylaşıma görə ÜZR İSTƏDİ
638917
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Liv Bona Dea” Hospitalının uroloqu Elbəyi Daşdəmirli ilə Mərkəzi Klinikanın travmatoloqu Yasin Haxverdiyevin “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasla bağlı yazışması müzakirələrə və tənqidlərə səbəb olub.

Bizim.Media xəbər verir ki, “Bakupost.az” məsələ ilə bağlı Elbəyi Daşdəmirli ilə əlaqə saxlayıb.

Həkim saytımıza açıqlamasında sözügedən paylaşımın artıq silindiyini və “Sabah” klubundan üzr istədiyini bildirib.

"Sabah"ın nümayəndəsi mənə zəng vurmuşdu, onlara bildirdim ki, ehtiyatsızlıq olub. Həmin post artıq silinib, rəhbərliyin də xəbəri var. Qeyri-ciddi yazılmış bir şey idi. Jurnalistlərin bunu ciddiyə almasını başa düşürəm, amma dediyim kimi, klubun nümayəndəsi zəng vurub, biz də üzr istəmişik”, - deyə E.Daşdəmirli qeyd edib.

Yasin Haxverdiyev isə pasiyent məxfiliyinin həkimlik peşəsinin əsas prinsiplərindən biri olduğunu vurğulayıb:

"Həkimin işi təkcə xəstə müalicə etmək deyil, həm də insanları sağlamlıqla bağlı məlumatlandırmaqdır. Məsələn, 40 yaşdan sonra kişilərə prostat sağlamlığına diqqət etməyi xatırlatmaq da tibbi maarifləndirmədir. Hər şeyi də qalmaqala çevirməyə ehtiyac yoxdur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO