Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi

Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi

Hazırda oxunan: Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi

638876

Şəmkirdə keçmiş ərinə xəsarət yetirən qadına cinayət işi açılıb.
 
Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında onların yaşadıqları evdə baş verib.
 
İttiham aktına görə, 39 yaşlı Fəridə Məmmədova (şərti adla) oğlunun Rusiyada həbs olunmasına görə, həmin ölkəyə getmək istəyib. Lakin onun keçmiş əri Nəsir (şərti adla) buna razı olmayıb.
 

Bu səbəbdən keçmiş ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı Fəridə qaz sobasının üzərində olan qaşıqla Nəsirin təpə nahiyəsinə zərbə vurub. Nəticədə Nəsirin başında əzilmiş yara əmələ gəlib.


 Fakt əsasında Fəridə Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
 
İyul ayında baş tutan məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən şəxs də həmçinin Fəridəyə qarşı şikayət və tələbinin olmadığını deyib. Hər iki tərəf məhkəmədən bunları nəzərə alaraq, cinayət işinə xitam verilməsini istəyib.
 
Şəmkir rayon Məhkəməsinin verdiyi hökmə əsasən, cinayət işinə xitam verilib və F. Məmmədova məsuliyyətdən azad olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO