Xırdalan-Sumqayıt xətti üzrə qatarların hərəkəti yaxın vaxtlarda bərpa ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə “oxu.az”a "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev məlumat verib.
O qeyd edib ki, bu xətt üzrə qatarların fəaliyyəti sentyabrın 15-dən bərpa edilməli idi, lakin həmin xətt üzrə Biləcəri-Xırdalan sahəsindəki körpünün təmiri işləri ilə əlaqədar plan dəyişdi:
"Diaqnostika-infrastruktur qatarının monitorinqi zamanı həmin körpünün təmiri işlərinə başlanmasına zərurət yarandı. Yaxın vaxtlarda həmin körpüdə təmir işləri başa çatacaq, yoxlanışdan sonra sərnişin qatarları yenidən həmin xəttə buraxılacaq".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:13 / 25.09.2026
Xırdalan-Sumqayıt qatarı fəaliyyətə başlayır
Hazırda oxunan: Xırdalan-Sumqayıt qatarı fəaliyyətə başlayır
Hazırda oxunan: Xırdalan-Sumqayıt qatarı fəaliyyətə başlayır
638772
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































