Dövlət qulluğu imtahanında yeni QAYDA

Dövlət qulluğu imtahanında yeni QAYDA

Hazırda oxunan: Dövlət qulluğu imtahanında yeni QAYDA

638720

Sentyabrın 24-də keçirilən dövlət qulluğu üzrə imtahanında tapşırıqların həlli üçün yeni funksiya əlavə edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-ya verilən məlumata əsasən, imtahanda tapşırıqların həlli zamanı kompüter üzərindən qeyd və qaralamaların aparılması üçün imtahan platformasına virtual qaralama alətlər paneli əlavə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət qulluğu sertifikatı olanların NƏZƏRİNƏ


“Bu alətlər vasitəsilə edilən qeydlər qaralama məqsədi daşıyır, imtahan səhifəsindən çıxış edilən zaman yaddaşdan silinir və imtahan nəticələrinə heç bir təsir göstərmir.

Sistemə virtual kalkulyator da əlavə edilib.

Tətbiq olunan yeniliklər imtahan iştirakçılarına tapşırıqların həlli zamanı qeydləri və hesablamaları birbaşa kompüter üzərindən aparmağa, əlavə qaralama vasitələrinə ehtiyac olmadan daha rahat işləməyə imkan verir. Virtual qaralama alətlər paneli namizədin fikirlərini sistemləşdirməsinə, ara hesablamalar aparmasına və tapşırığın həlli prosesini asanlaşdırmasına şərait yaradır.

Virtual kalkulyatorun tətbiqi isə hesablamaların daha operativ və rahat aparılmasına imkan verir. Beləliklə, bu funksiyalar imtahan prosesinin rahatlığını və istifadəçi təcrübəsini artırmaqla yanaşı, rəqəmsal imtahan mühitində tapşırıqların həllini daha səmərəli edir”,- deyə DİM-in məlumatında qeyd edilib.
 

Qeyd edək ki, DİM sentyabrın 24-də  dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqrupu və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid  BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirib.


İmtahanda ümumilikdə 1634 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, AB3 altqrupu üzrə 2 nəfər, AB4 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə  13 nəfər, AC2 altqrupu üzrə 36 nəfər, AC3 altqrupu üzrə 79 nəfər, AC4 altqrupu üzrə 117 nəfər, BA1 altqrupu üzrə 6 nəfər, BA2 altqrupu üzrə 8 nəfər, BA3 altqrupu üzrə 10 nəfər, BA4 altqrupu üzrə 23 nəfər, BB1 altqrupu üzrə 18 nəfər, BB2 altqrupu üzrə 18 nəfər, BB3 altqrupu üzrə 38 nəfər, BB4 altqrupu üzrə 65 nəfər olmaqla, ümumilikdə  434 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO