Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi ilə bağlı YENİ ÖHDƏLİK

Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi ilə bağlı YENİ ÖHDƏLİK

Hazırda oxunan: Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi ilə bağlı YENİ ÖHDƏLİK

638024

Sifarişçinin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədini dövlət orqanına təqdim edərək ictimaiyyətə açıqlanmasını təmin etmək öhdəliyi müəyyən edilir.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasının gündəliyində yer alan “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunda edilən dəyişiklik layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, ƏMQT sahəsində sifarişçi nəzərdə tutulan fəaliyyətin həyata keçirildiyi ərazidə yaşayan əhalini və ictimaiyyəti fəaliyyətə başlamazdan əvvəl media və ictimai dinləmələr vasitəsi ilə məlumatlandırmalı, ƏMTQ-nin nəticələri ilə tanış etməli və ƏMTQ sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi üçün həmin orqana (quruma) təqdim etməlidir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO