"Mercedes" "KamAZ"a çırpıldı: 55 yaşlı kişi belə xilas edildi – VİDEO

"Mercedes" "KamAZ"a çırpıldı: 55 yaşlı kişi belə xilas edildi – VİDEO

Hazırda oxunan: "Mercedes" "KamAZ"a çırpıldı: 55 yaşlı kişi belə xilas edildi – VİDEO

637982

Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı yük avtomobilinin yol kənarında dayanan "KamAZ" markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və hadisə nəticəsində "Mercedes" markalı yük avtomobilinin sürücüsü sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə 1971-ci il təvəllüdlü Elşən Firdovsi oğlu Talışovu xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO