Cəlilabad rayonunda təmir işləri aparan sürücü qəza nəticəsində avtomobilin altında sıxılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Sabirabad kəndində qeydə alınıb.
Kənd sakini Xanhüseyn Abbasov ZIL markalı yük avtomobilini təmir edərkən nəqliyyat vasitəsinin qaldırıcı mexanizmi qəfil boşalıb. Bu zaman avtomobil onun üzərinə düşərək sürücünü altında sıxıb.
Məlumat daxil olduqdan sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayonunda fəaliyyət göstərən xilasediciləri göndərilib.
Xilasedicilər xüsusi avadanlıqlardan istifadə etməklə Xanhüseyn Abbasovu avtomobilin altından çıxarıblar. Hadisə zamanı sürücü yüngül xəsarət alıb və aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:16 / 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Hazırda oxunan: Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Hazırda oxunan: Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
637461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































