Zaur Mikayılov onlara yüksək vəzifə verdi

Zaur Mikayılov onlara yüksək vəzifə verdi

Hazırda oxunan: Zaur Mikayılov onlara yüksək vəzifə verdi

637332

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Su Təchizatı” və "Regional Su Meliorasiya" Qapalı Səhmdar Cəmiyyətlərinin Müşahidə Şurası yaradılıb və üzvləri təyin edilib.

Bizim.Media "Unikal.az"a istinadən xəbər verir ki, bununla bağlı Agentliyin sədri Zaur Mikayılov əmr imzalayıb.
 

Əmrə əsasən, Xəyyam Fəxrəddin oğlu Məmmədov “İri Şəhərlərin Su Təchizatı” QSC-nin Müşahidə Şurasının sədri təyin edilib. O, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birinci müavinidir.


Müşahidə Şurasının digər üzvləri isə aşağıdakılardır:

İlqar Tapdıq oğlu Gülməmmədov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini;

Etibar Kərim oğlu Məmmədov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri;

Pərvin Ehtiram oğlu İsmayılov – Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktor müavini;

Elnur Rafael oğlu Allahverdiyev – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət müəssisələri ilə iş şöbəsinin müdiri.

"Regional Su Meliorasiya" Müşahidə Şurasının tərkibi isə aşağıdakı kimi müəyyənləşdirilib:

Müşahidə Şurasının sədri:

İlqar Tapdıq oğlu Gülməmmədov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini.  

Müşahidə Şurasının digər üzvləri:

İlham Üzeyir oğlu Bayramov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini;  

Rafiq Sabir oğlu Aslanov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi;  

Pərvin Ehtiram oğlu İsmayılov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktor müavini;  

Seymur Ağaməmməd oğlu Səfərli – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO