“Tenderlərdə süni intellektdən istifadə zəruridir”

“Tenderlərdə süni intellektdən istifadə zəruridir”

Hazırda oxunan: “Tenderlərdə süni intellektdən istifadə zəruridir”

637167

“Dövlət satınalmaları haqqında” Qanun qəbul ediləndən sonra qanunvericiliyin pozulması hallarının xeyli dərəcədə azalmasına baxmayaraq, yenə də var".

Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət satınalamaları haqqında” Qanunun müzakirəsi zamanı bildirib.

“Hesablama Palatasının rəyi göstərir ki, bu hallar 2025-ci ildə də qeyd alınıb. Biz dinamikaya baxsaq, xüsusilə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan işlərin nəticəsində dinamikada azalmalar var. Hesablama Palatasının rəyi də göstərir ki, dövlət satınalmalarından 51 faizindən çoxunda ehtimal olunan qiymətlə şirkətin təklif etdiyi qiymət arasındakı fərq 20 faizdən çoxdur.

Qanunvericilik aspektindən baxsaq, bu fərq kifayət qədər ciddidir. Azərbaycanda dövlət satınalmalarında, tenderlərdə süni intellektdən daha geniş istifadə olunmasına ehtiyac var. Süni intellektin istifadə olunması məhz şəffaflıqla yanaşı, həm də səmərəliliyi artıracaq.

Belə ki, bu, daha qısa zamanda qərarların verilməsinə imkan yaradacaq və dəyişənlərlə bizim o 51 faizdə müşahidə etdiyimiz kənarlaşmaların aradan qaldırılmasına gətirib çıxaracaq. Azərbaycanda da dövlət satınalmalarında tenderlərdə süni intellektdən istifadə zəruridir”, - deputat bildirib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO