Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, “TikTok” sosial şəbəkəsində “leylakenan” adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələri ilə bağlı aşağılayıcı ifadələr işlədiblər.
Onlar universitetə yeni qədəm qoyan gəncləri hədələyərək, tələbələrə fiziki xəsarətlər yetirəcəklərini bildiriblər. Hətta bundan əvvəlki illərdə xəsarət yetirdikləri olduğunu xatırladıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, polis məsələdən məlumatlıdır, hazırda araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:45 / 16.09.2026
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır - VİDEO
Hazırda oxunan: ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır - VİDEO
Hazırda oxunan: ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır - VİDEO
636959
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































