Ehtiyatlı olun, bu, ən zərərli çörək növüdür - HƏKİMDƏN XƏBƏRDARLIQ

Ehtiyatlı olun, bu, ən zərərli çörək növüdür - HƏKİMDƏN XƏBƏRDARLIQ

Hazırda oxunan: Ehtiyatlı olun, bu, ən zərərli çörək növüdür - HƏKİMDƏN XƏBƏRDARLIQ
636773
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çörək süfrədə ən çox yayılmış qidadır, lakin insanlar nadir hallarda onun seçimi barədə düşünürlər.

Bizim.Media xəbər verir ki, Skandinaviya Sağlamlıq Mərkəzinin qastroenteroloqu Olqa Çistikin “Lenta.ru”ya açıqlamasında hansı çörək növlərinin yaxşı, hansılarının isə zərərli olması barədə məlumat verib.

Həkim ağ çörəyi ən zərərli çörək növü adlandırıb.

"Əla keyfiyyətli undan hazırlanmış buğda çörəyi kəpək və rüşeym çıxarılan təmizlənmiş taxıldan hazırlanır. Onlarla birlikdə demək olar ki, bütün lif, B vitaminləri, maqnezium, sink və dəmir itir. Qalanı isə bağırsaqlarda dərhal qlükozaya çevrilən sürətli karbohidratlardır. Ağ çörəyin qlikemik indeksi 75-85 civarındadır ki, bu da şokolad batonu ilə müqayisə edilə bilər", - qastroenteroloq qeyd edib.

Onun sözlərinə görə, ağ çörək uzun müddət tox saxlamır. Bunun səbəbini izah edən həkim deyib ki, insan ağ çörək yeyəndə qan şəkərində kəskin artım olur və bu da mədəaltı vəzinin böyük miqdarda insulin ifraz etməsinə gətirib çıxarır. Bunun ardınca qan şəkərinin başlanğıc səviyyədən aşağı kəskin şəkildə düşməsi insanda yenidən aclıq hissi yaradır.

Çistik xəbərdarlıq edib ki, bu cür dalğalanmalar insulin müqavimətinə, qarın piylənməsinə və yağlı qaraciyər xəstəliyinə səbəb olur.

Həkim əlavə edib ki, diabetli insanlarda ağ çörək qan şəkərinin kəskin artmasına səbəb olur ki, bu da gözün tor qişasına, böyrəklərə və sinirlərə mənfi təsir göstərir. (ölkə.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO