600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Hazırda oxunan: 600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

633428

500-600 arası bal topladılar, ancaq universitetə qəbul ola bilmədilər...

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, bu il keçirilən qəbul imtahanlarında 600-dən çox bal toplayan 30 abituriyent ali məktəbə qəbul ola bilməyib. Onların hamısı IV ixtisas qrupu üzrə imtahanlarda iştirak edib.

Eyni hal 500-dən çox bal toplayan 106 abituriyentlə bağlı da qeydə alınıb. Bu abituriyentlərin 97-si 4-cü, 9-u isə III ixtisas qrupu üzrə imtahanlarda iştirak edib.
 

Bəs yüksək bal toplasalar da, onların tələbə ola bilməmələrinin səbəbi nədir? Təhsil ekspertlərinin sözlərinə görə, bu, əsasən abituriyentlərin öz seçimləri ilə bağlı olur.


Afərim Seyidova bildirib ki, bəzi abituriyentlər topladıqları bala uyğun olmayan, daha yüksək keçid balı tələb edən ixtisasları seçirlər. Bu isə sonda onların ali məktəbə qəbul ola bilməməsinə səbəb olur.

Ekspertlər hesab edirlər ki, abituriyentlər ixtisas seçimi zamanı yalnız topladıqları bala deyil, ixtisasların ötənilki keçid ballarına və qəbul şanslarına da diqqət yetirməlidirlər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO