Gömrük generalının adından dələduzluq - DETALLAR

Gömrük generalının adından dələduzluq - DETALLAR

Hazırda oxunan: Gömrük generalının adından dələduzluq - DETALLAR

633235

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib.

Bizim.Media "qaynarinfo.az"a istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmuş Elşən Məmmədov (şərti) Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə qarşısına çıxarılıb.
 

Məlum olub ki, təqsirləndirilən şəxs Bakının Maştağa qəsəbəsində yaşayıb və ferma işlədib. O, restoranda bir neçə gömrük işçisi ilə tanış olduqdan sonra ona müraciət edən şəxsləri Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyini vəd edib.


Təqsirləndirilən şəxs Saranı Bakı Baş Gömrük İdarəsinin rəisi vasitəsilə Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyinə söz verib.

Lakin o, Dövlət Gömrük Komitəsinə işə düzəlməyin xərcinin çox olduğunu, Fövqəladə Hallar Nazirliyində isə R rütbəsi ilə 9 000 manata işə düzəldə biləcəyini deyib. Sara ona inandığından 2024-cü ilin iyul ayının sonunda ilkin olaraq 2 000 manatı bir neçə dəfə Elşənin kartına göndərib.

Lakin sonradan Elşən Saranın Dövlət Gömrük Komitəsinə işə düzəldilməsi ilə bağlı danışıqlar apardığını və razılıq aldığını deyərək bu məqsədlə 2024-cü ilin avqust ayından 2025-ci ilin fevral ayının sonunadək, eləcə də 2025-ci ilin iyun ayından avqust ayının əvvəlinədək olan müddətdə zərərçəkmiş qadından hissə-hissə ümumilikdə 50 min manat civarında pul alıb.

Hətta zərərçəkmiş qadını inandırmaq üçün ona Dövlət Gömrük Komitəsinə aid qadın geyim formasını da verib.

Elşən bununla kifayətlənməyərək zərərçəkmiş qadının Tofiq Qənbərov adlı oğlunu hərbi xidmətdən saxlatdırmaq adı ilə 2025-ci ilin mart ayında Saradan hissə-hissə 24 min manat pul alıb.

Lakin 2025-ci ilin aprel ayının sonlarında Tofiq hərbi xidmətə göndərildikdən sonra zərərçəkmiş qadın və ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib. Sonda məlum olub ki, Elşən Saranı aldadaraq onun ümumilikdə 74 900 manat pulunu ələ keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO