Lənkəranda qadın övladı ilə görüşə gələn keçmiş ərini telefonla vurub

Lənkəranda qadın övladı ilə görüşə gələn keçmiş ərini telefonla vurub

Hazırda oxunan: Lənkəranda qadın övladı ilə görüşə gələn keçmiş ərini telefonla vurub
633041
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəranda qadın övladı ilə görüşə gələn keçmiş ərini döyüb.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə şəhərin Koroğlu küçəsində qeydə alınıb.
 

30 yaşlı Nigar Salamova (şərti adla) övladı ilə görüşə gələn keçmiş əri Mövsümü (şərti adla) ilə mübahisə edib. Mübahisə zamanı qadın mobil telefonu keçmiş ərinin ağzına vuraraq, xəsarət yetirib.


Zərərçəkənin şikayəti əsasında N. Salamova saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.

Qadın ifadəsində iddia edib ki, uşaq özü də atası ilə görüşmək istəməyib. Zərərçəkən isə Nigarın övladı ilə görüşməyə maneə yaratdığını deyib. Mövsüm keçmiş arvadının qanuna uyğun qaydada cəzalandırılmasını tələb edib.

Məhkəmənin qərarı ilə Nigar Salamova 300 manat məbləğində inzibati qaydada cərimələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO