Məzuniyyət neçə hissəyə bölünə bilər? -AÇIQLAMA

Məzuniyyət neçə hissəyə bölünə bilər? -AÇIQLAMA

Hazırda oxunan: Məzuniyyət neçə hissəyə bölünə bilər? -AÇIQLAMA

633009

Yay aylarının ən aktual mövzularından biri məzuniyyətdir. Bəs bir işçinin əmək məzuniyyəti neçə hissəyə bölünə bilər?

Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən Ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əmək Məcəlləsinin 137.1-ci maddəsinə əsasən, əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər.

“Bu zaman əsas tələb ondan ibarətdir ki, bölünmüş hissələrdən ən azı birinin müddəti 14 təqvim günündən az olmasın”, - qurumdan qeyd olunub.

Diqqətə çatdırılıb ki, qanunvericilikdə həmin 14 günlük hissənin mütləq məzuniyyətin birinci hissəsi olması barədə tələb yoxdur:

“Eyni zamanda, məzuniyyətin yalnız iki hissəyə bölünməsi ilə bağlı da məhdudiyyət nəzərdə tutulmayıb. Bu səbəbdən, tərəflərin razılığı olduğu halda 36 təqvim günlük əmək məzuniyyətinin, məsələn, müxtəlif hissələrə bölünərək istifadə edilməsi Əmək Məcəlləsinin 137.1-ci maddəsinin tələblərinə uyğundur”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Ölkə.az bildirib ki, Əmək Məcəlləsinə əsasən, məzuniyyətin bir hissəsi iki təqvim həftəsindən az olmayaraq verilməlidir, qalanı isə hissə-hissə verilə bilər.

“Yəni məzuniyyətin böyük hissəsinin əvvəl yoxsa sonra verilməsi ilə bağlı qanunvericilikdə heç bir müddəa yoxdur. Ona görə də hər iki halda vermək olar. İşçi məzuniyyətini bir neçə hissəyə bölüb götürə bilər. Bu üç gün də, beş gün də ola bilər. Qanunvericilik buna məhdudiyyət qoymur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO