Qayınatasını gecə yatdığı yerdə öldürübmüş... – Ağdamdakı qətlin TƏFƏRRÜATI

Qayınatasını gecə yatdığı yerdə öldürübmüş... – Ağdamdakı qətlin TƏFƏRRÜATI

Hazırda oxunan: Qayınatasını gecə yatdığı yerdə öldürübmüş... – Ağdamdakı qətlin TƏFƏRRÜATI

632915

Ağdamda baş verən qətlin təfərrüatı məlum olub.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, hadisəyə Eldəniz Qənbərovun həyat yoldaşının ər evindən küsərək ata evinə getməsi səbəb olub.

Belə ki, E.Qənbərov həyat yoldaşını geri aparmaq üçün qayınatasının evinə gəlib. Lakin qadın onunla getməkdən imtina edib. Bu zaman qayınatası Zakir Hüseynov kürəkəninə həyat yoldaşının bir neçə gün ata evində qalmasına razı olmağı və ara sakitləşdikdən sonra yenidən danışmağı təklif edib.

Məlumata görə, bundan əsəbiləşən Eldəniz Qənbərov gecə saatlarında yenidən qayınatasının evinə qayıdıb. O, pəncərənin qoruyucu torunu cıraraq evə daxil olub və yatmış vəziyyətdə olan qayınatasını bıçaqlayıb.

Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Zakir Hüseynov həyatını itirib. Qətldə şübhəli bilinən 1996-cı il təvəllüdlü Eldəniz Qənbərov saxlanılıb.

E.Qənbərovun daha əvvəl də arvadına qarşı zor tətbiq etdiyi və ona xəsarət yetirdiyi bildirilir.

Qeyd edək ki, Eldəniz Qənbərov və həyat yoldaşının nikahından 5 övladı var.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO