Lənkəranda evdə dava-dalaş salan kişi həbs olunub.
Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə Liman şəhərində qeydə alınıb.
39 yaşlı Bəybala Hüseynov (şərti adla) iştirak etdiyi toy məclisində xeyli miqdarda spirtli içki içib.
O, həmin məclisdən qayıtdıqdan sonra isə evdə dava-dalaş salıb və ailə üzvlərini nalayiq ifadələrlə təhqir edib. Ailəsi onun idarəolunmaz vəziyyətini görüb və atası bu barədə polisə şikayət edib.
Hadisə yerinə gələn polis əməkdaşları Bəybalaya irad bildirib əməllərini dayandırmasını tələb etsələr də, o, buna məhəl qoymayıb. Nəticədə o, saxlanılıb və barəsində inzibati protokollar tərtib olunub.
B. Hüseynov ifadəsində 4 övlad atası olduğunu və fəhlə işləməklə ailəsini dolandırdığını deyib. O, barəsində həbs yox, cərimə ilə bağlı tənbeh tədbiri seçilməsini istəyib.
Məhkəmənin qərarı ilə Bəybala Hüseynov 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:09 / 22.08.2026
Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi
Hazırda oxunan: Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi
Hazırda oxunan: Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi
632534
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































