Laçın və Xankəndi bu şəhərlərlə qardaşlaşır - RƏSMİ

Laçın və Xankəndi bu şəhərlərlə qardaşlaşır - RƏSMİ

Hazırda oxunan: Laçın və Xankəndi bu şəhərlərlə qardaşlaşır - RƏSMİ

632505

Laçın və Buxara, həmçinin Xankəndi və Ürgənc arasında qardaşlaşma haqqında sazişlər Özbəkistan-Azərbaycan IV Regionlararası Forum çərçivəsində imzalanacaq.

Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə keçirilən forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illərdə müxtəlif platformalarda çoxsaylı sazişlər, o cümlədən iki ölkənin şəhərləri arasında qardaşlaşma və əməkdaşlıq haqqında müqavilələr, həmçinin birbaşa regionlarda həyata keçirilən çoxsaylı biznes layihələri imzalanıb.

 

“Bu gün biz münasibətlərimizin yeni səviyyəyə – Laçın və Buxara, həmçinin Xankəndi və Ürgənc şəhərləri arasında qarşılıqlı fəaliyyət səviyyəsinə çıxmasının şahidi olacağıq. Müvafiq qardaşlaşma haqqında sazişlər bu gün imzalanacaq”, – deyə Cabbarov bildirib.


O, Laçın və Xankəndinin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, hər iki şəhərin uzunmüddətli işğaldan azad edildiyini vurğulayıb.

“Azərbaycan üçün Laçın və Xankəndi xüsusi əhəmiyyət daşıyır, çünki hər iki şəhər uzunmüddətli işğaldan azad edilib”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə və birgə investisiya, ticarət layihələrinin həyata keçirilməsinə həsr olunub.

Forum Daşkənddə keçirilir və iki ölkənin regionları arasında birbaşa əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin investisiya, sənaye və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO