Azərbaycanda ölümün ən çox qeydə alındığı RAYONLAR

Azərbaycanda ölümün ən çox qeydə alındığı RAYONLAR

Hazırda oxunan: Azərbaycanda ölümün ən çox qeydə alındığı RAYONLAR

632443

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin hər 1000 nəfərinə 6 ölüm düşüb.

Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə ən yüksək ölüm göstəricisi Qazax və Bakının Yasamal rayonlarında qeydə alınıb. Hər iki ərazidə əhalinin hər 1000 nəfərinə 8,4 ölüm düşüb.
 

Xızı rayonunda bu göstərici 8,2, Gədəbəydə 7,8, Goranboyda 7,7, Suraxanı və Şabranda 7,5, Ağdamda 7,5, Ağstafada 7,3, Samuxda 7,3 nəfər olub.


İqtisadi rayonlar arasında ən yüksək ölüm göstəricisi Qazax-Tovuz iqtisadi rayonunda qeydə alınıb. Burada hər 1000 nəfərə 7 ölüm düşüb. Gəncə-Daşkəsən iqtisadi rayonunda göstərici 6,9, Qarabağda 6,5, Bakı şəhərində isə 6,4 təşkil edib.

Ən aşağı ölüm göstəricisi Abşeron rayonunda qeydə alınıb. Rayonda əhalinin hər 1000 nəfərinə 3,3 ölüm düşüb. Kəngərli və Şərur rayonlarında bu göstərici 4,5, Sədərəkdə 4,6, Biləsuvarda 4,8 olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO