Qadınlarda sümük möhkəmliyini qoruyan BEŞ MÖCÜZƏVİ QİDA

Qadınlarda sümük möhkəmliyini qoruyan BEŞ MÖCÜZƏVİ QİDA

Hazırda oxunan: Qadınlarda sümük möhkəmliyini qoruyan BEŞ MÖCÜZƏVİ QİDA

632432

Qadınlar yaşlandıqca onların bədənləri sümük sıxlığının azalmasına qarşı daha həssas olur və osteoporozun yayılma tezliyi artır. Bunun qarşısını almaq üçün yediyimiz qidalara diqqət etməliyik.

Bəs sümüklərin möhkəm qalması üçün nə yemək lazımdır?

Bizim.Media
"Sabah"a istinadla bu mövzuda mütəxəssislərin tövsiyə etdikləri 5 qidanı təqdim edir:

Süd məhsulları

Süd məhsullarının kalsium baxımından da zəngin olduğu məlumdur. Təxminən 200 millilitrlik bir stəkan südün tərkibində 260 milliqram kalsium var.

Bir araşdırmada alimlər qocalar evlərində yaşayan 7 195 ahıl insan arasında süd məhsulları və zülal qəbulunun artırılmasının təsirlərini araşdırıblar. İki il ərzində süd məhsullarından daha çox istifadə edən qrupda yıxılma riskinin 11 faiz, bud-çanaq sınığı riskinin isə 46 faiz azaldığı müəyyən edilib.

Soya

100 qram tofu təxminən 200 milliqram kalsium ehtiva edir. Soyanın tərkibində estrogenə bənzəyən və izoflavon adlanan təbii bitki birləşmələri var. Araşdırmalar soya əlavələrindən istifadə edən qadınların sümük sıxlığının daha yüksək olduğunu göstərir.

Çia toxumu

Çia toxumları kalsium, maqnezium və fosfor baxımından zəngin qida mənbəyidir. Üstəlik, çoxsaylı qida maddələrindən faydalanmaq üçün az miqdarda çia toxumu kifayətdir. Bir xörək qaşığı çia toxumunda təxminən 95 milliqram kalsium var.

Quru meyvələr

Əncir və ərik kimi qidalar kalsium baxımından olduqca zəngindir. İki ədəd quru əncirin tərkibində təxminən 100 milliqram kalsium var. Əncir və ərik həmçinin sümük əmələ gəlməsini və mineral balansını dəstəkləməyə kömək edən maqnezium ehtiva edir.

Konservləşdirilmiş balıq

Kiçik bir qutu sardinya gündəlik kalsium ehtiyacının təxminən 30 faizini qarşılaya bilər. 60 qramlıq konservləşdirilmiş sardinyanın tərkibində təxminən 240 milliqram kalsium var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO