Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

Hazırda oxunan: Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

632406

Bakıda keçən il rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı qadın vəfat edib.

Bizim.Media News24.az-a istinadən xəbər verir ki, o, ötən gün dünyasını dəyişib.

Belə ki, ötən ilin aprel ayında Bakıda yerləşən “MedAura” Klinikasında rinoplastika əməliyyatı keçirən 34 yaşlı Nigar Budaqlı daha sonra iflic vəziyyətinə düşüb. Uzun müddət müalicə alan qadın ötən gün vəfat edib.

Qeyd edək ki, Nigar Budaqlının əməliyyatdan sonra iflic vəziyyətinə düşməsi ilə bağlı daha əvvəl də məlumat yayılmışdı.

Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsi “MedAura” Klinikasında rinoplastika əməliyyatından sonra 34 yaşlı Nigar Budaqlının komaya düşməsi ilə bağlı cinayət işi üzrə hökm elan edib.

Lor-estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva səhlənkarlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin hər iki həkim 2 il müddətinə tibbi fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO