Azərbaycan dilini öyrənmək üçün Gəncədə bir ailə ilə yaşadım

Azərbaycan dilini öyrənmək üçün Gəncədə bir ailə ilə yaşadım

Hazırda oxunan: Azərbaycan dilini öyrənmək üçün Gəncədə bir ailə ilə yaşadım

632294

Azərbaycan dilini öyrənmək heç də asan deyildi. Mən Azərbaycana gəlməzdən əvvəl təxminən bir il Böyük Britaniyada Azərbaycan dilini öyrəndim.

Bizim.Media Teleqraf.az-a istiandla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dankan Norman mətbuat konfransında deyib.

Səfir bildirib ki, Azərbaycan dilini öyrənmək üçün Gəncədə bir ailə ilə yaşayıb:
 

“Hazırda da dərslər alıram, çünki Azərbaycan dili biliyimin hələ kifayət qədər yaxşı olmadığını düşünürəm. Azərbaycan dilini öyrənmək ingilisdilli insan üçün asan deyil, amma düşünürəm ki, buna dəyər. Dili öyrənməkdən böyük zövq alıram. Azərbaycan dili çox zəngin dildir.


Onun strukturunu çox bəyənirəm və karyeramda etdiyim ən yaxşı işlərdən biri bir ilimi Azərbaycan dilini öyrənməyə həsr etmək olub. Ümid edirəm ki, hər dəfə bu mətbuat konfranslarını keçirdikdə Azərbaycan dilində də bir az daha çox danışa biləcəyəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO